Namizədlərin təşviqat kampaniyası başa çatır

Namizədlərin təşviqat kampaniyası başa çatır
  30 Oktyabr 2015    Oxunub:1933
1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınan şəxslərin seçkiqabağı təşviqatın aparılması üçün ayrılan vaxt sabah başa çatır.
AzVision.az-ın məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanılıb, təşviqat 31 oktyabr saat 8.00-da dayandırılmalıdır.

Elvin Abdulqədirov


Teqlər:



Xəbər lenti