UEFA “Qarabağ”a 950 min pul ayırdı

UEFA “Qarabağ”a 950 min pul ayırdı
  30 Oktyabr 2015    Oxunub:2548
2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA “Qarabağ”a 950 min avro, “Qəbələ”yə 630 min avro, “Neftçi” 200 min avro, “İnter”ə 630 min avro ayırıb.

UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.
AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter” PİK-in hesabına köçürüləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti