Nazirlik onların üzünü niyə gizlətdi? - FOTO

Nazirlik onların üzünü niyə gizlətdi? - FOTO
  30 Oktyabr 2015    Oxunub:13526
Prezident İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimi olub.
Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşməyə Müdafiə naziri general-polkovnik Zakir Həsənov gəlib. Bu barədə görüşün fotoları mətbuatda yer alanda bir məqam diqqətdən yayınmayıb. Belə ki, müdafiə nazirinin mənzil açarlarını təqdim etdiyi hərbi qulluqçuların üz görüntüləri mozayika ilə gizlədilib.

Hərbi ekspert Üzeyir Cəfərov bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki,mətbuatda xüsusi təyinatlıların üzünü göstərmək, dövlətdə vacib post tutan şəxslərin görüntüsünü vermək qadağandır.

“Sosial şəbəkələrdə, mətbuatda haqqında məlumat çıxan hərbi qulluqçu və yaxud da güc strukturunun nümayəndələri ilə bağlı düşmən ölkədə müəyyən işlər aparılır. Ən sıravi əsgər haqqında məlumat çıxırsa, Ermənistan xüsusi xidmət orqanları, o cümlədən Ermənistan Müdafiə Nazirliyindən onlar haqqında məlumat xüsusi sənədə salınır. Ölkəmizi istəməyən kifayət qədər qüvvələr var. Həmin qüvvələrdə mətbuatda göstərilən insanlar vasitəsilə güc strukturlarında müəyyən işlər həyata keçirə bilərlər”.



Ekspert qeyd edib ki, hərbi qulluqçuların görüntülərini ictimailəşdirmək müharibə şəraitində olan ölkə üçün təhlükəldir: “Bu, müharibə aparan ölkə üçün çox mühüm bir məsələdir. Ona görə də bu gün Müdafiə Nazirliyi xüsusi təyinatlılara evlərin təqdimatı zamanı çəkilən fotolarda düzgün olaraq onların üz görüntülərini bağlayıb. Bu, bizim dəfələrlə dediyimiz məsələ idi ki, bunu açıq şəkildə təqdim etmək olmaz. Elə məlumatlar var ki, onları ən xırda incəliyinə qədər verməli deyilik”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti