Hərbi ekspert Üzeyir Cəfərov bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki,mətbuatda xüsusi təyinatlıların üzünü göstərmək, dövlətdə vacib post tutan şəxslərin görüntüsünü vermək qadağandır.
“Sosial şəbəkələrdə, mətbuatda haqqında məlumat çıxan hərbi qulluqçu və yaxud da güc strukturunun nümayəndələri ilə bağlı düşmən ölkədə müəyyən işlər aparılır. Ən sıravi əsgər haqqında məlumat çıxırsa, Ermənistan xüsusi xidmət orqanları, o cümlədən Ermənistan Müdafiə Nazirliyindən onlar haqqında məlumat xüsusi sənədə salınır. Ölkəmizi istəməyən kifayət qədər qüvvələr var. Həmin qüvvələrdə mətbuatda göstərilən insanlar vasitəsilə güc strukturlarında müəyyən işlər həyata keçirə bilərlər”.

Ekspert qeyd edib ki, hərbi qulluqçuların görüntülərini ictimailəşdirmək müharibə şəraitində olan ölkə üçün təhlükəldir: “Bu, müharibə aparan ölkə üçün çox mühüm bir məsələdir. Ona görə də bu gün Müdafiə Nazirliyi xüsusi təyinatlılara evlərin təqdimatı zamanı çəkilən fotolarda düzgün olaraq onların üz görüntülərini bağlayıb. Bu, bizim dəfələrlə dediyimiz məsələ idi ki, bunu açıq şəkildə təqdim etmək olmaz. Elə məlumatlar var ki, onları ən xırda incəliyinə qədər verməli deyilik”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


