AŞPA-nın müşahidəçiləri görüşlərə başladı

AŞPA-nın müşahidəçiləri görüşlərə başladı
  30 Oktyabr 2015    Oxunub:1522
Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyası görüşlərə başlayıb.
Müşahidə missiyası bu gün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüş media üçün qapalı olub. Sabah müşahidə missiyasının vətəndaş cəmiyyətinin təmsilçiləri, bəzi media rəhbərləri və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşü gözlənilir.

Qeyd edək ki, 30 nəfərdən ibarət olan AŞ PA müşahidə missiyasına ispaniyalı parlamentari Jordi Çukla başçılıq edir.(Seçki-2015.az).


Teqlər:  



Xəbər lenti