Lisenziyalarla bağlı yeni şöbə yaradıldı

Lisenziyalarla bağlı yeni şöbə yaradıldı
  30 Oktyabr 2015    Oxunub:2904
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına əsasən, bütün xüsusi razılıqlar (lisenziyalar) İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində veriləcək.
AzVision.az xəbər verir ki, hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlanır.

Eyni zamanda, texniki-təşkilati istiqamətlərdə də işlər davam etdirilir, "ASAN xidmət" mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına treninqlər keçirilir.

Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin strukturunda dəyişiklik edilmiş, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin maddi-texniki bazası və kadr potensialı gücləndirilmiş, 195-2 Çağrı Mərkəzinin səlahiyyətləri genişdirilmiş, Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi yaradılmışdır.

Yeni şöbə sahibkarlara və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə xüsusi razılığın (lisenziya) verilməsi sahəsində xidməti təşkil edəcək.


Teqlər:





Xəbər lenti