Borcu olan nəvə babasının inəklərini oğurladı - Video
Taleh Şamilov - müstəntiq: “Keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluq törədən şəxslər 1989- cu il təvəllüdlü Şiştəpə kəndində yaşayan Nağıyev Səfər Novruz oğlu və 1993-cü il təvəllüdlü həmin kənd sakini Mahmudov Əvəz Azad oğlu olub”.
Gənclər oğurladıqları mal-qaranı Zəyəm qəsəbəsi ərazisindəki bazara gətirərək orada 200 manata satıblar. Əldə etdikləri pulu isə dədə malı kimi öz aralarında bölərək banka olan kredit borclarını ödəyiblər.
Səfər Nağıyev- saxlanılan şəxs: “Mərkəzdə birlikdə çay içdik. Sonra isə qərara gəldik ki, Əvəzin babası Oruc kişinin tövləsindən oğurluq edək. Gedib heyvanları oğurladıq. Sonra isə 200 manata satıb aramızda böldük. 40 manatını kreditə verdim. Yerdə qalanını isə xərclədim”.
Babasının evindən oğurluq edən Əvəz Mahmudov əməlinə görə peşman olduğunu bildirib. Saxlanılan şəxs onu oğurluğa dostunun vadar etdiyini deyib. Əvəz Mahmudov- saxlanılan şəxs: “Babamın evi idi. Səfərlə getdik, tövlədən açıb çıxardıq. Sonra isə Zəyəm bazarında satdıq”.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır. Polis zərərçəkənlərin sayının artacağını istisna etmir ("Region" TV).
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


