Nazir müavinini təcili Lənkərana göndərdi

Nazir müavinini təcili Lənkərana göndərdi
  31 Oktyabr 2015    Oxunub:2776
Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası son günlər yağan güclü yağışlar səbəbindən yaranmış vəziyyətlə əlaqədar Lənkərana gedib.
AzVision.az xəbər verir ki, fövqaladə hallar nazirinin müavini Faiq Tağızadə başda olmaqla komissiya üzvləri, eləcə də “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azəryolservis” ASC-nin nümayəndələri daşqın olan bölgəyə baş çəkiblər.

Qeyd edək ki, son günlər yağan güclü yağışlar cənub bölgəsində ciddi fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində yüzlərlə evi su basıb, körpülər uçub, yollarda problemlər yaranıb.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti