AMOR-un VI Forumu keçirildi - Fotolar

AMOR-un VI Forumu keçirildi - Fotolar
  31 Oktyabr 2015    Oxunub:1939
Bu gün Moskvanın Beynəlxalq Ticarət Mərkəzində Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) VI Forumu keçirilib.
Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyeva da iştirak edib.

Forum çərçivəsində RAGB-ın hesabat-seçki yığıncağı keçirilib. RAGB-ın regional bölmələrinin fəallarının, Azərbaycan diasporunun nümayəndələrinin və Rusiya gənclər təşkilatlarının təmsilçilərinin iştirak etdiyi Forumun bölmələrində “Azərbaycan və yeni dövrün çağırışları”, “IDEA – bir dünya, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclər karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında müzakirələr aparılıb.

Qalereya




Teqlər:





Xəbər lenti