MSK sədri: “Sifarişlə xaricdən gələn müşahidəçilər var”
Seçki prosesində milyonlarla insanın cəlb edildiyini diqqətə çatdıran MSK sədri vurğulayıb ki, prosesdə 10 minlərlə müşahidəçi, KİV-lər var və bu qədər insanın iştirak etdiyi bir tədbirin ideal keçməsi, hər hansı qanun pozuntularının olmaması mümkün deyil: “Ancaq çalışmalıyıq ki, xoşagəlməz hallar mümkün qədər az olsun. Müşahidəçilər belə hallar gördükdə müdaxilə etməməlidir, sivil qaydada seçki komissiyalarına məlumat verməlidir. Ümumi pozuntular dünyanın hər yerində olur. Amma hər hansı hal baş verirsə, adekvat addım atılmalı və bu halın aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bəzən xoşagəlməz hallar olanda bəzi insanlar seçki məntəqələrində sakit atmosferin pozulmasına meyilli olur. Bu bizdə təəssüf doğurur. İstərdik ki, belə fikrə düşən insanlar olmasın. Hər hansı bir xoşagəlməz halın aradan qaldırılmasının sivil yolu var.
Azərbaycanı istəməyən, sifarişlə xaricdən seçkidə müşahidə etməyə gələn müşahidəçilər var. Bəzən onlar öz maraqlarına uyğun olan addımlar atır. Ona görə də hər bir azərbaycanlı vətəndaşlıq mövqeyindən çıxış etməlidir və ölkəmiz haqda pis rəy formalaşdırmamalıdır”, - deyə M. Pənahov vurğulayıb.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


