Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb
  21 İyun 2013    Oxunub:1216
İclasın gündəliyində daha 19 məsələ daxildir
Milli Məclisi bu gün növbədənkənar sessiyada növbəti iclasını keçirir. Milli Məclisin spikeri gündəliyin müzakirəsindən öncə iyunun 13-də Avropa Parlamentində Azərbayla bağlı qətnamənin qəbul olunmnası ilə bağlı məsələ daxil olduğunu bildirib.

Spiker Oqtay Əsədov bildirib ki, həmin qətnamə ilə bağlı Milli Məclis bəyanat hazırlamalıdır və bu bəynanatın mətnini hazırlamaq üçün işçi qrupu yaradılıb. Qrupun sədri Valeh Ələsgərovdur. İşçi qrupunun üzvləri isə Asim Mollazadə, Aqiyə Naxçıvanlı, Gülçöhrə Məmmədova, Əli Hüseynli Səməd Seyidov, Novruz Aslandır.

Millət vəkillərinin razılığı ilə məsələ gündəliyə salınıb.

Daha sonra gündəlik təsdiq olunaraq müzakirəyə başlanıb.

Qeyd edək ki, bugünkü iclasın gündəliyində daha 19 məsələ daxildir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti