`Seçkiləri izləmək ATƏT-in borcudur`- MSK sədri

`Seçkiləri izləmək ATƏT-in borcudur`- MSK sədri
  31 Oktyabr 2015    Oxunub:1809
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməmək hüququ yoxdur”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yerli və xarici media təmsilçiləri üçün keçirdiyi mətbuat konfransında deyib.

M.Pənahovun sözlərinə görə, seçki elə tədbirdir ki, burada tərəflər var və tərəflər müxtəlif funksiyalar daşıyır: “Müstəqil təşkilatlar seçkiləri müşahidə etməyə dəvət olunan zaman gəlməmək hüququ var: Ancaq ATƏT-i seçki keçirən ölkə dəvət edəndə gəlməmək hüququ yoxdur. Çünki, o orqan məhz ondan ötürü yaradılıb ki, quruma üzvü ölkələr seçkilərə dəvət edəndə gəlsin. Onların yanaşması ilə bizim yanaşmamızda fərq ola bilər. Bu və ya digər məsələlərə fərqli yanaş bilərik. Ancaq gəlməkdən tamamilə imtina etmək olmaz. Xüsusilə də gəlmək barədə qərar qəbul olunduğu, müşahidəçilərin gəlmə vaxtına qədər razılaşdırıldığı halda, sonradan müəyyən səbəbdən hansısa orqanlarda baş verən hadisələrdən sonra bir tərəfli qayadada bəyanat verərək öz funksiyasını yerinə yetirməməmək başa düşülən deyil” .

M.Pənahov bildirib ki, seçkidə bu və ya digər maraqları olan qüvələr var: “Dövlətləri təsir altına salmaq, dünyanı idarə etmək istəyən qüvvələr var. Maraqlar genişdir. Bu həmişə belə olub və belə də olacaq. Bizim borcumuz ruhdan düşməməkdir. Tərəflər başa düşməlidir ki, Azərbaycan sivil ölkədir”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti