“Orada nəinki İlqar Məmmədovu, heç İsa Qəmbəri tanıyan yoxdur”

 “Orada nəinki İlqar Məmmədovu, heç İsa Qəmbəri tanıyan yoxdur”
  21 İyun 2013    Oxunub:1201
Dünyanın hansı ölkəsində belə bir şey var ki, istintaqı gedən adam azadlığa buraxılsın?
AzVision.az xəbər verir ki, Milli Məclisin növbədənkənar iclası davam edir. İclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Parlamanentinin qətnaməsinin qərəzli olduğunu bildirib.

“O Avropa Parlamentinin deputatları İlqar Məmmədov haqqında qətnamə qəbul etsə də, siz araşdırıb baxsanız ,görərsiniz ki, onların heç biri nəinki, İlqar Məmmədovu, heç İsa Qəmbəri tanımırlar. Qeyd olunur ki, İlqar Məmmədov prezidentliyə real namizəd olduğu üçün həbs edilib. İlqar Məmmədov heç bələdiyyə sədrliyinə namizədə ola bilməz. Küçəyə çıxıb adamlardan soruşsanız, İlqar Məmmədovu heç 3 nəfər tanımır. Bu Azərbaycana təzyiqdir, özü də bu Azərbaycandan güzəşt əldə etmək üçün edilən təzyiqdir. Müsavatçıları illərdir müdafiə edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bir dəfə düz söz dedi ki, Müsavat partiyası onun partiyadan azad olunması məsələsinə qədər fikirlər səsləndirir. Dünyanın hansı ölkəsində belə bir şey var ki, istintaqı gedən adam azadlığa buraxılsın. Siz onlarla bağlı cinayət işi ilə tanışsınızmı? Və ya hansısa jurnalist cinayət törədib, onun tutulması niyə peşə fəaliyyəti ilə əlaqələndirilməlidir? Bunlar demokratiya deyil, iqtisadi maraq güdürlər. Azərbaycanda mühüm layihələr həyata keçirildiyi bir ərəfədə Azərbaycana təzyiq göstərmək istəyirlər”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti