Bakıda güclü tıxac var - hərəkət dayanıb

Bakıda güclü tıxac var - hərəkət dayanıb
  01 Noyabr 2015    Oxunub:2621
Bakının güclü tıxac müşahidə olunur.
AzVision.az xəbər verir ki, havanın yağışlı olması ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində tıxac yaranıb.

Rəşid Behbudov, Füzuli küçələrində avtomobillərin hərəkəti dayanıb. Bu da öz növbəsində Azadlıq prospektində sıxlığın yaranmasına səbəb olub.

Eyni zamanda Bakıxanov küçəsinin hər iki istiqamətində tıxac yaranıb. Analoji vəziyyət Karl Marks dairəsində də müşahidə olunur. Hüseynbala Əliyev və Cavadxan küçəsində də sıxlıq yaranıb.

Hazırda `20 Yanvar` metrosu ətrafında tıxac davam edir.

Həmçinin Moskva prospekti və Asif Məhhərəmov küçələrində də eyni vəziyyət hökm sürür.

AzVision.az


Teqlər:  





Xəbər lenti