Dünyanın ən hündür taxta göydələni

Dünyanın ən hündür taxta göydələni
  21 İyun 2013    Oxunub:2093
İsveçin Stokholm şəhərində dünyanın ən hündür taxta göydələni tikiləcək. Memarlar 34 mərtəbədən ibarət göydələni tamamilə taxtadan inşa edəcəklər.
AzVision.az Daily Mail-ə istinadən məlumat verir ki, memarlar bildiriblər ki, göydələn ucuz başa gələcək. Onların sözlərinə görə, taxta qüllə tipik dəmir və beton tikililərdən daha dözümlü olacaq.



Layihənin dizayneri “C.F.Moller” və “Dinell Johansson” memarlıq şirkətləridir. “C.F.Moller” şirkətinin memarı Ola Conson söyləyib ki, taxtanın nəql edilməsi dəmir və betona nisbətən daha ucuz başa gəlir. Həmçinin taxta digər alternativlərinə nisbətən az miqdarda karbon dioksid (CO2) buraxır. Taxta göydələn yanğına qarşı dəmir və betona nisbətən daha davamlıdır.



Taxta terraslardan ibarət olan qüllənin üzəri şəffaf şüşə ilə örtüləcək və terraslar başdan ayağa yaşıllıqla təmin olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti