Ev almaq istəyənlərə Xəbərdarlıq

Ev almaq istəyənlərə Xəbərdarlıq
  01 Noyabr 2015    Oxunub:2683
Eyni ərazidə yerləşən yeni tikillilərdə evlərin kvadratı müxtəlif qiymətə satılır. Evin ucuz qiymətə təklif olunduğunu görən vətəndaş saxtakarlıq faktından şübhələnir.

Əslində qiymət fərqini brend tikinti şirkətləri təyin edir. Digər resurslardan özünü maliyyələşdirən şirkət evin satılmaması qorxusu yaşamır və qiymətdə güzəştə getmir. Mütəxəssislərə görə, ev almaq istəyən şəxs, qiymətindən əvvəl onu tikən şirkət haqqında maraqlanmalıdır.

Mütəxəssislər ev alarkən ciddi araşdırılmasını mütləq hesab edirlər. Qiymət fərqinə isə xüsusi diqqət etmək lazımdır. Əgər hər iki binanın kvadratı arasında fərq 300 manatdan çoxdursa riskə getməmək məsləhət görülür.

Qonşulardan evi neçəyə aldıqları da soruşula bilər. Əks halda bir neçə nəfərə satılan mənzil ucuz qiymətə sizə də satıla bilər. (Xəzər tv)




Teqlər:





Xəbər lenti