MSK sədri: `Seçicilər üçün hər şərait yaradılıb`

MSK sədri: `Seçicilər üçün hər şərait yaradılıb`
  01 Noyabr 2015    Oxunub:2170
1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərdə 5 milyondan artıq insanın səs verməsi üçün hər bir şərait yaradılıb.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, deputat mandate uğrunda 767 namizəd mübarizə aparır.

O, qeyd edib ki, 1000-ə qədər seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri internet vasitəsilə izləmək üçün hər cür şərait yaradılıb. Dünyanın istənilən yerindən seçkiləri müşahidə etmək mümkündür".

M.Pənahov əlavə edib ki, müşahidəçilərin də sayı kifayət qədər çoxdur: "Ümumilikdə 66 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Təxminən hər bir məntəqəyə 11-dən çox müşahidəçi düşür. Müşahidəçilər üçün bütün məntəqələrdə hər cür şərait yaradılıb. Onlar üçün oturacaqlar quraşdırılıb. 40 beynəlxalq nüfuzlu təşkilatdan 503 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilər dünyanın bir çox ölkələrini təmsil edirlər.

Müşahidəçilərin seçkiləri əvvəldən axıra qədər izləmək hüququ var. Amma müşahdəçilər hansısa bir nöqsanı gizli saxlamamalıdır. Müşahidəçilər hər hansı xoşagəlməz hal olarkən onu dəqiq qeyd etməlidir. İstənilən xoşagəlməz hal rəsimləşdirməlidir və aradan qaldırılmalıdır”, - deyə MSK sədri vurğulayıb.

M. Pənahov bildirib ki, bəzi hallarda müşahidəçilər seçki komissiyalarının fəaliyyətinə müdaxilə edirlər: “Müşahidəçinin belə bir hüququ yoxdur. Əgər müşahidəçi qanuna zidd hal görürsə, bununla bağlı daha yuxarı seçki komissiyasına məlumat verməlidir. Ancaq səlahiyyətlərini aşaraq seçki komissiyasının işinə müdaxilə etməməlidir”.

M.Pənahov deyib ki, müşahidəçilərin müəyyən hüquqları var: "Onları heç kim tapdalaya bilməz. Müşahidəçilər üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. Ancaq müşahidəçilərin seçki komissiyalarının işinə qarışmaq hüququ yoxdur. Müşahidəçilər ancaq qeydiyyat apara və əgər xoşagəlməz hallar olarsa, onu qeyd edərək seçki komissiyalarına məlumat verməlidir".

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti