`Seçkilər yaxşı təşkil olunub, razıyıq` - Rusiya rəsmisi

`Seçkilər yaxşı təşkil olunub, razıyıq` - Rusiya rəsmisi
  01 Noyabr 2015    Oxunub:1467
Okeanın o biri üzündən ATƏT DTİHB-a məsləhət görüblər ki, Azərbaycandakı seçkiləri izləməsinlər

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən parlament seçkisini müşahidə etməkdən imtinası həmin təşkilatın başqalarının gözündə çöp axtarmaq kimi qiymətləndiririk.

Bunu jurnalistlərə MDB Parlamentlərarası Müşahidəçilər Missiyasının və Rusiya Dumasının Müşahidəçilər missiyasının rəhbəri Leonid Slutski deyib. O, bildirib ki, seçkilər yaxşı təşkil olunub və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bunu çox yaxşı bilir: "Lakin okeanın o biri üzündən onlara məsləhət ediblər ki, Azərbaycandakı seçkiləri izləməyə gəlməsinlər, çünki bilirdilər ki, neqativ hal olmayacaq. Onların seçkilərdən iştirakdan imtina etməsi onu göstərir ki, bu struktur artıq əhəmiyyətini itirib və başqalarının əlində oyuncağa çevrilib".



Leonid Slutski seçki mәntәqәsinin sәsvermә prosesinә hazırlığını müşahidә etdiklәrini də bildirib: `Seçki təcrübəsində özünü başqası ilә deyil, özünün bir neçә әvvәlki seçki təcrübənlə müqayisә etmәlisәn. İndi baş çәkdiyimiz birinci seçki mәntәqәsindә hәr şey sәsvermәyә gәlәn insanların, komissiyada çalışanların rahatlığı üçün tәşkil edilib. Biz sәsvermә kabinәlәrini, daşınan vә daşınmayan seçki qutularının möhürlәnmәsindә, sәs vermәyә gәlәnlәrin qeydiyyata alınması prosesini izlәdik. Nәinki iradımız yoxdur, hәtta hәr şeydәn razıyıq. Bütün detallar ciddi şәkildә nәzәrә alınıb".

Qeyd edək ki, MDB Parlamentlәrarası Assambleyasının müşahidә missiyasının üzvləri Azәrbaycan Dövlәt İdarәçilik Akademiyasında 29 saylı Sәbail seçki dairәsinin 2 saylı seçki mәntәqәsindә sәsvermәnin başlamasını müşahidә ediblәr.

AzVision.az


Teqlər:  



Xəbər lenti