Gəncəlilər səs verir

Gəncəlilər səs verir
  01 Noyabr 2015    Oxunub:1582
Gəncə şəhərində Milli Məclisə keçirilən seçkilərdə seçicilərin aktivliyi müşahidə olunur.
Gəncə şəhəri 37 saylı Dairə Seçki Komissiyasının 8 və 9 saylı məntəqələrində ilk saatlardan seçicilərin aktivliyi müşahidə olunur. 8 saylı məntəqədə 1179, 9 saylı məntəqədə isə 1320 seçicinin qeydiyyatdan keçdiyi bildirilir. Bu məntəqələrdə 6 namizədə səs veriləcək. 8 saylı məntəqədə 80 və 100 yaş arası 6 seçici qeydiyyatdadır. 9 saylı məntəqədə isə ən yaşlı seçicinin 90 yaşı var.

İlk dəfə səs verənlərin sayı 8 saylı məntəqədə 5, 9 saylı məntəqədə isə 12 nəfərdir. Məlumatda qeyd olunur ki, hər iki məntəqədə “exit-poll” keçirilir. 9 saylı məntəqədə veb-kamera quraşdırılıb.

Hər iki məntəqədə xəstələrin səs verməsi üçün də şərait yaradılıb. 8 saylı məntəqədə 2, 9 saylı məntəqədə isə 5 xəstə seçicinin istədikləri namizədə səs vermələri üçün evlərə seçki qutuları göndəriləcək.

Bu saatlara qədər seçki prosesində neqativ hal qeydə alınmayıb. Bu dəqiqələrdə seçicilərin aktivliyi davam edir.(Kəpəz TV)


Teqlər:



Xəbər lenti