MSK açıqladı: 667 min 732 nəfər səs verib (10:00)

MSK açıqladı: 667 min 732 nəfər səs verib (10:00)
  01 Noyabr 2015    Oxunub:2449
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 10:00-a olan nəticələrini açıqlayıb.

AzVision.az-ın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-dək seçicilərin 667732 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 10:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 12.8 faiz təşkil edib: “Bundan başqa Naxçıvanda 19.3%, Bakıda 10.5, digər regionlar isə 13.12 % təşkil edir. Ölkə üzrə seçici fəallığı 12.8 faiz təşkil edir”.

R. Gülməmmədov ən passiv və aktiv dairələrin adlarını da açıqlayıb: “Ən passiv 30 saylı Suraxanı Birinci Seçki Dairəsi 2333 (6.3%), ən aktiv isə 14 saylı Xəzər Seçki Dairəsidir ki, burada artıq 10683 nəfər seçici səs verib. Bu da 22,1 faiz seçici deməkdir”. Qeyd edək ki, 5 198 658 nəfər seçici var.



Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti