Seçkiləri “online” izləyin - VİDEO

Seçkiləri “online” izləyin - VİDEO
  01 Noyabr 2015    Oxunub:5405
Azərbaycanda keçirilən parlament seçkilərinin gedişini vətəndaşlar online rejimdə izləyə bilirlər.
AzVision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ölkə ərazisində 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə üçün veb-kameralar quraşdırıb.

Səsvermə prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytına (msk.gov.az/) daxil olaraq ana səhifədən “Online observation” bölməsinə daxil olmaq və seçki dairəsini seçmək lazımdır.



İzləmək istədiyiniz dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək səsvermənin gedişini gün ərzində BURADAN canlı izləyə bilərlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti