Baş nazir və spiker səsvermədə - Fotolar

Baş nazir və spiker səsvermədə - Fotolar
  01 Noyabr 2015    Oxunub:2960
Noyabrın 1-də Milli Məclisə seçkilərin başlandığı səhər saatlarından 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində fəallıq hiss olunurdu.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu seçki məntəqəsinə gələrək səs verdi. Məntəqədə 1412 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.



Bundan başqa Milli Məclisin sədri Oqtay Əsədov da parlament seçkilərində səs verib. Oqtay Əsədov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səs verib.


Teqlər:  



Xəbər lenti