Məhbuslar da səs verir

Məhbuslar da səs verir
  01 Noyabr 2015    Oxunub:1387
Saat 11:00-a olan məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində səsvermə hüququna malik məhbus seçicilərin 39 faizi səsvermədə iştirak edib.
Bunu hazırda 15 saylı cəzaçəkmə müəssisəsində olan Trend-in əməkdaşına həmin müəssisədə fəaliyyət göstərən Məntəqə Seçki Komissiyasının sədri Məzahir Əhmədov deyib.

M.Əhmədov qeyd edib ki, ümumilikdə məntəqədə səsvermədə iştirak edəcəyi gözlənilən 791 seçicidən artıq 315-i seçkilərə qatılıb.

Məntəqə Seçki Komissiyasının sədri bildirib ki, yaxın saatlarda beynəlxalq müşahidəçilərin 15 saylı cəzaçəkmə müəssisəsinə gələrək, seçkiləri müşahidə edəcəyi gözlənilir.


Teqlər:  



Xəbər lenti