Saat 12-ə olan nəticələr: neçə nəfər səs verib?

Saat 12-ə olan nəticələr: neçə nəfər səs verib?
  01 Noyabr 2015    Oxunub:3222
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 12:00-a olan nəticələrini açıqlayıb.

AzVision.az-ın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12:00-dək seçicilərin 1 468 205 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 10:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 28.2 faiz təşkil edib: “Bundan başqa Naxçıvanda 41.1 faiz, Bakıda 26.4 faiz, digər regionlar isə 27.9 faiz təşkil edir. Ölkə üzrə seçici fəallığı 28.2 faiz təşkil edir”.

R. Gülməmmədov ən passiv və aktiv dairələrin adlarını da açıqlayıb: “Ən passiv 47 Saylı Mingəçevir Seçki Dairəsi 6737 (18.1%), ən aktiv isə 1 Saylı Şərur-Sədərək Seçki Dairəsidir ki, burada 18180 seçici səs verib. Bu da 47.3% seçici aktivliyi deməkdir.

Qeyd edək ki, Azərbaycanda 5 198 658 nəfər seçici var.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti