`REAL`dan seçki təxribatı - Xanımları şəkilləri ilə şantaj etdi
AzVision.az -ın 23 saylı Nəsimi-Səbael Seçki dairəsinin 17 saylı seçki məntəqəsində olan əməkdaşı nəzarətçilərin narazılıq etdiyinin şahidi olub. Belə ki, nəzarətçi Gülnarə Zeynalova deyib ki, həmin dairədən namizəd olan REAL hərəkatının üzvü Azər Qasımlının müşahidəçisi təxribat xarakterli hərəkətlər etməklə qanunu pozur. Onun sözlərinə görə, məntəqədə seçici aktivliyi müşahidə olunmasına baxmayaraq, Azər Qasımlının müşahidəçisi seçkilərə hər hansı vasitə ilə kölgə salmağa çalışır.
Dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, o, seçkiyə nəzarət edən xanımların şəkillərini şantaj məqsədi ilə çəkərək Facebook səhifəsində yerləşdirib. Bundan başqa səsverməyə gələn seçicilərə təzyiq edir, komissiya üzvlərinin, müşahidəçilərin fəaliyyətinə mane olur, süni gərginlik törədir, səsverməyə gələn seçicilərdə çaşqınlıq yaradır və bununla da normal seçki prosesini pozmağa çalışır.
“O, hansısa vasitə ilə seçiçiləri ləngitmək, seçkiyə mane olmaq istəyir. Seçicilərdən heç kimdən şikayətimiz yoxdur. Amma Azər Qasımlının nümayəndəsindən çox narazıyıq. Bir neçə dəfə xəbərdarlıq etdik. Amma bu xəbərdarlıqlara məhəl qoymadı. Azər Qasımlının müşahidəçisi qadınların şəkillərini çəkərək “facebook” sosial şəbəkəsinə yerləşdirib. Bu da həmin qadınların evlərində, ailələrində böyük narazılıq yaradıb”.
Məntəqədəki bu narazılıq bir neçə dəqiqə davam etsə də Mərkəzi Seçki Komissiyasının nümayəndələri məsələyə müdaxilə edib məsələni aktlaşdırıb.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


