Düşmənlə sərhəddə seçkilər necə keçirilir? - VİDEO

Düşmənlə sərhəddə seçkilər necə keçirilir? - VİDEO
  01 Noyabr 2015    Oxunub:2071
Tovuz rayonunun təmas xəttinə yaxın Əlibəyli və Mürkülü kəndlərində yerləşən 105 saylı Tovuz seçki dairəsinin 18 və 19 saylı seçki məntəqəsində Milli Məclisə seçkilərdə səsvermə davam edir.
AzVision.az Region TV-yə istinadən xəbər verir ki, məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Səsvermə hüququ olan sakinlər səhər saat 8-dən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə istədikləri namizədə səs verir, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.

Qeyd edək ki, 45822 seçicini əhatə edən 105 saylı Tovuz seçki dairəsi üzrə 41 məntəqə fəaliyyət göstərir. Seçkilərin gedişini izləmək üçün 410 yerli müşahidəçi qeydiyyatdan keçib. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb.




Teqlər:  



Xəbər lenti