Bölgələrdə seçkilər davam edir

Bölgələrdə seçkilər davam edir
  01 Noyabr 2015    Oxunub:1664
Respublikanın bölgələrində səsvermə prosesi davam edir.
AzVision.az xəbər verir ki, Secki-2015.az saytı Kürdəmir, Neftçala, Biləsuvar və Salyan, rayonlarında qeydə alınan son nəticələri öyrənib. 57 saylı Kürdəmir dairə seçki komissiyasının sədri Şərbala Səfərov seçki prosesinin tam şəffaf şəkildə davam etdiyini qeyd edib: “43127 seçicidən 18401-i səsvermədə iştirak edib. Bu da 42,67 faiz deməkdir”.

Dairə seçki komissiyasının sədri bildirib ki, MDB və Fransadan olan müşahidəçilər seçki məntəqələrində səsvermə prosesini izləyiblər: “Fransadan olanlar 5 seçki məntəqəsində, MDB müşahidəçiləri isə əksər məntəqələrə baş çəkib. Hər şey normaldır və heç bir qanun pozuntusu qeydə alınmayıb”.

61 saylı Neftçala dairə seçki komissiyasının sədri Şaiq Məmmədov da indiyə qədər ciddi qanun pozuntusunun qeydə alınmadığının deyib. Onun sözlərinə görə, seçicilərin 44 faizi səsvermə hüququndan istifadə edib: “Ümumi seçici sayı 40834-dür, onlardan 17958- səsvermədə iştirak edib. Beynəlxalq müşahidəçilər 5 məntəqədə səsvermə prosesini izləyiblər”.

66 saylı Biləsuvar dairə seçki komissiyasının sədri Əzizğa Hətəmov bildirib ki, yüksək seçki aktivliyi müşahidə olunur. Onun sözlərinə görə, artıq 41, 25 faizi səsvermə prosesində iştirak edib: “Dairə üzrə qeydiyyatda olan 47490 seçicidən 19588 seçici səsvermə hüququndan istifadə edib. Heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçki prosesi şəffaf şəkildə davam edir”.
59 saylı Salyan dairə seçki komissiyasının sədri Səlamət Kərimov da qanun pozuntuları ilə qarşılaşmadıqlarını, heç bir şikayətin olmadığını bildirib.

“Qeydiyyatda olan 38208 seçicidən 17464-ü, yəni 45,07 fizi səsvermə hüququndan istifadə edib”, - deyə o bildirib.


Teqlər:



Xəbər lenti