Əbülfəz Qarayev Gəncədə vətəndaşları qəbul edib

Əbülfəz Qarayev Gəncədə vətəndaşları qəbul edib
  21 İyun 2013    Oxunub:2035
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə ilə yanaşı Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Daşkəsən, Göygöl, Samux, Yevlax və Ucar rayonlarının 60-dan çox sakinini qəbul edərək arzu və müraciətlərini dinləyib.

AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, qəbuldan əvvəl nazir Əbülfəz Qarayev Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevlə birlikdə şəhərdə inşa edilən Heydər Əliyev parkında aparılan abadlıq və quruculuq işləri ilə, eləcə də burada inşa edilən Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin tikintisi ilə yaxından tanış olub.

Sonra vətəndaşları bir-bir qəbul edən nazir Əbülfəz Qarayev onların arzu və istəklərini dinləyib.

Əsasən fəxri adların verilməsi, tarixi abidələrin bərpası, uşaq musiqi məktəblərinin nəzdində rəqs şöbəsinin yaradılması, yeni turizm marşrutlarının, tarix-diyarşünaslıq muzeyinin, rəsm qalereyasının açılması, tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsi, turizm-informasiya mərkəzinin yaradılması, turizm kollecinin açılması, Gəncə şəhərində Məhsəti qəsəbəsində kitabxana və mədəniyyət evinin yaradılması, eləcə də uşaq musiqi məktəblərinə musiqi alətlərinin verilməsi, abidələrin qeydiyyata alınması və sair bu kimi məsələlər ətrafında müraciətlər ediblər.
Qəbulda vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib, bir sıra məsələlərin həlli üçün araşdırmalar aparılması üçün tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər.



Teqlər:





Xəbər lenti