Saat 17-yə olan nəticələr: Seçicilərin 50 faizi səs verib

Saat 17-yə olan nəticələr: Seçicilərin 50 faizi səs verib
  01 Noyabr 2015    Oxunub:2259
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 17:00-a olan nəticələrini açıqlayıb.
AzVision.az xəbər verir ki, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17:00-dək seçicilərin 2 605 948 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 17:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 50.1 faiz təşkil edib.

R. Gülməmmədov ən passiv və aktiv dairələrin adlarını da açıqlayıb:
“Ən yüksək seçici fəallığı 14 saylı Xəzər Seçki Dairəsində (78,8 faiz), ən aşağı seçici fəallığı isə 31 saylı Suraxanı İkinci Seçki Dairəsində qeydə alınıb (31.9).

Qeyd edək ki, Azərbaycanda 5 198 658 nəfər seçici var.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti