Naxçıvanda seçicilərin 69 faizi səs verib

Naxçıvanda seçicilərin 69 faizi səs verib
  01 Noyabr 2015    Oxunub:1923
Naxçıvan Muxtar Respublikasında 17:00-a olan seçki nəticələri bəlli olub.
Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Ramil Sadiqov bildirib ki, 17:00-a olan nəticələrə görə muxtar respublikada seçicilərin 69 faizi səsvermədə iştirak edib: “Muxtar respublikada ümumilikdə 268463 seçici var, onlardan 185153 nəfəri səsvermə hüququndan istifadə edib”.

R. Sadiqov qeyd edib ki, muxtar respublika üzrə seçicilər 1 saylı Şərur-Sədərək seçki dairəsində fəal olub: “Bu dairədə 38435 seçicinin 27596-sı, yəni 71,08 faizi səsvermədə iştirak edib. Digər dairələr üzrə isə nəticələr fərqlidir. Belə ki, 2 saylı Şərur seçki dairəsində 68,06, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsində 69,01, 4 saylı Naxçıvan şəhər seçki dairəsində 70,02, 5 saylı Şahbuz-Babək seçki dairəsində 68,09, 6 saylı Culfa-Babək seçki dairəsində 66,01 faiz, 7 saylı Ordubad-Culfa seçki dairəsində isə 67,06 faiz seçici səsvermə hüququndan istifadə edib”.(Secki-2015.az)


Teqlər:





Xəbər lenti