MSK: 92 müraciət daxil olub

MSK: 92 müraciət daxil olub
  01 Noyabr 2015    Oxunub:1935
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində saat 17:00-dək MSK-ya daxil olan mürsciətlərin sayını açıqlayıb.
AzVision.az -ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib ki, MSK-ya bu saata qədər 92 sorğu xarakterli müraciət daxil olub.

O, qeyd edib ki, MSK-nın 115 saylı “Qaynar xətt”inə olunan müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün olub. İndiyədək qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti