Prezident avstraliyalı deputatlarla görüşdü
Avstraliyada Azərbaycan səfirliyinin artıq bir neçə ildir ki, fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avstraliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.
Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun tərkibində fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edən Luke Simpkins Azərbaycanın iqtisadi və sosial sahələrdə, demoktratiyanın inkişafı istiqamətində əldə etdiyi uğurların böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, müşahidə apardıqları məntəqələrdə seçkilərin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd edib. Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini deyib, ölkənin yerləşdiyi mürəkkəb regionda bu cür nailiyyətlər əldə etməsinin önəmini vurğulayıb, bu barədə Avstraliya ictimaiyyətini məlumatlandırmağın əhəmiyyətini bildirib.







Vaxtında, Aydın, Lazımlı!


