“Bu, ikili standartın ən bariz nümunəsidir” - Ramiz Mehdiyev (VİDEO)

“Bu, ikili standartın ən bariz nümunəsidir” - Ramiz Mehdiyev (VİDEO)
  01 Noyabr 2015    Oxunub:3219
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev bu gün keçirilən parlament seçkilərində səs verib.

PA rəhbəri 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. AzVision.az xəbər verir ki, səsvermədən sonra administrasiya rəhbəri "ATV Xəbər"in seçki ilə bağlı suallarını da cavablandırıb.

Seçicilərin iştirakını yüksək dəyərləndirən Ramiz Mehdiyev: `Saat üçə qədər 43 faiz seçici səs verib. Heç bir insident baş verməyib"- deyə əlavə edib.

Beyəlxalq təşkilatların bəzilərinin seçkilərdə iştirak etməməsi ilə bağlı PA rəhbəri bildirib ki, o təşkilatlara müraciət edilmişdi: “Bu, ikili standartın ən bariz nümunəsidir”.




Teqlər:  



Xəbər lenti