“İcra haqqında” qanuna dəyişiklik edilib

“İcra haqqında” qanuna dəyişiklik edilib
  21 İyun 2013    Oxunub:1793
Milli Məclisin bu gün keçirilən iclasında “İcra haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, parlamentə layihə haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, bugünə qədər icra sənədinin məhkəməyə və digər orqana qaytarılması, avans ödənməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunurdu. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərdilər. Dəyişiklikdə bu müddətin 10 gündən 30 günə qaldırılması təklif olunur.
Təklif olunan dəyişiklik səsə qoyularaq qəbul olunub.

Sevinc iltifatqızı



Teqlər:  





Xəbər lenti