Ramin Hacılının yalanı üzə çıxdı

Ramin Hacılının yalanı üzə çıxdı
  01 Noyabr 2015    Oxunub:7189
Ümid Partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı bir neçə saat bundan əvvəl 8 saylı Binəqdi 1-ci seçki dairəsinin 2 saylı məntəqəsinə jurnalistlərin buraxılmaması ilə bağlı təxribat xarakterli xəbər yaymışdı.

O, şəkildə göstərilən presskartı da paylaşaraq sübut etməyə çalışırdı ki, guya Kanal 13-ün əməkdaşına seçki məntəqələrinə daxil olmağa icazə verilməyib.

Lakin Kanal 13 yayılmış xəbərla bağlı dərhal açıqlama yayıb. Kanal13-ün rəhbərliyindən verilən məlumata görə, bu vəsiqənin sahibi Kanal 13-də təcrübədə olub və ona "ştatdankənar müxbir" vəsiqəsi verilib. Əsas məqam ondan ibarətdir ki, bu adam kanal rəhbərliyi tərəfindən seçki prosesinə cəlb edilməyib.




Teqlər:



Xəbər lenti