Xarici jurnalistlərin seçki təəssüratları

Xarici jurnalistlərin seçki təəssüratları
  01 Noyabr 2015    Oxunub:1629
Seçkiləri işıqlandırmaq üçün ölkəmizə gələn dünya KİV-lərinin nümayəndələri təəssüratlarını bölüşüb.
Mallory Moss Katz, jurnalist (ABŞ): “Seçicilərin təkrar səsvermədə iştirak edib-etməməsini dəqiqləşdirmək məqsədilə ultrabənövşəyi mürəkkəbdən istifadə edilməsi çox yaxşı üsuldur. ABŞ-da bu proses tam başqadır. Seçkilərin gedişi ilə bağlı müsbət fikirdəyəm. Məndə çox yaxşı təəssürat yarandı”.

Vladimir Zernts, jurnalist (Rusiya): “Mən ilk olaraq şəffaflığı qeyd etməliyəm. Seçkilərə münasibət çox ciddidir. Təşkilatçılıq yüksək səviyyədədir. Barmağın yoxlanması müsbət təcrübədir”.

Bernd Rainer Şubert, jurnalist (Böyük Britaniya): “Seçki prosesi çox xoşuma gəldi. Hər şey açıq şəkildə baş verir. Ən çox da seçicilərin yoxlanılması prosesini bəyəndim. Heç kim ikinci dəfə səs verə bilməz”.(Secki-2015.az)


Teqlər:



Xəbər lenti