Aysel Əlizadədən Aysel Əlizadəyə cavab

Aysel Əlizadədən Aysel Əlizadəyə cavab
  02 Noyabr 2015    Oxunub:7632
Yeni Azərbaycan Partiyasının 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən deputatlığa namizədi Aysel Əlizadə rəqibi, jurnalist Əlizadə Aysel Alim qızının seçki haqqında gün boyu səsləndirdiyi ittihamlara cavab verib.
AzVision.az-ın məlumatına görə, YAP-ın gənc xanım namizədi bildirib ki, rəqibinin seçkinin qeyri-demokratik keçdiyinə dair söylədiyi fikirlərin heç bir əsası yoxdur.

A. Əlizadə fikirlərini belə davam etdirib: “Mənimlə eyni dairədən deputatlığa namizəd Aysel Əlizadənin bütün günü bitməyən əsassız şikayətlərini izləyirəm və bildirmək istəyirəm ki, həmin dairənin Yeni Azərbaycan Partiyasının namizədi mənəm. Sizin komandanız kiminlə döyüşür bilmirəm, məncə uğrunda döyüşəcəyimiz yeganə problem Qarabağdır. Həmin döyüş və qələbə gününə isə az qalıb. O ki qaldı sizin döyüş dediyiniz parlament uğrunda mübarizəyə mən sonuna qədər qalib olacağıma əminəm. Çoxminli partiya üzvlərinin seçiminə inanaraq...”

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti