`YAP ən çox namizədlə yerini saxlayacaq` - Əli Əhmədov

`YAP ən çox namizədlə yerini saxlayacaq` - Əli Əhmədov
  02 Noyabr 2015    Oxunub:1943
"Milli Məclisə seçkilər Azərbaycan parlamentinin qəbul etdiyi qanunvericilik aktlarına uyğun, demokratik, ədalətli və şəffaf keçirilib. Bunu qəti əminliklə söyləmək mümkdür".

Bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, seçicilər səverməsində kifayət qədər fəail iştirak ediblər: "Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə səsvermədə 55 faiz seçici iştirak edib. 5 il bundan əvvəl keçirilən seçkidə seçicilərin 50 faizdən azı, yəni 49,6 faizi iştirak etmişdi. Bu dəfə keçirilən seçkidə səsverən seçicilərin sayı artıb. Parlament seçkiləri normal şəraitdə keçib. Bütövlükdə seçkinin gedişi və vacib hissəsi olan səsvermə ciddi qanun pozuntusu olmadan baş tutub. Çox xırda, nəticələrə təsir göstərməyən məqamları nəzərə almasaq seçki sakit və normal şəraitdə keçib. Bu da səsvermənin yüksək səviyyədə təşkil olunmasından xəbər verir".

Ə.Əhmədov vurğulayıb ki, YAP kampaniyada ən çox namizədlə iştirak edən siyasi partiya olub. O xatırladıb ki, hakim partiya 117 namizəd irəli sürüb, onlardan 2 nəfəri namizədliyini geri götürüb: "Bütün hesablamalar onu göstərir ki, YAP-ın seçkilərdə böyük şansı var. İnanırıq ki, namizədlərimizin böyük hissəsi seçicilərin rəğbətini qazanacaq".

YAP sədrinin müavini qeyd edib ki, Azərbaycanda seçkilərin və səsverməsinin gedişini izləmək üçün monitorinqlər keçirilib: `Nəticələr də elan olunub. Gözləntimizin də ciddi əsasları var. Səhərə yaxın MSK tərəfdən rəsmi şəkildə məlumatlar daxil olacaq. Ümumi mənzərə MSK-nın ilkin elan etdiyi rəqəmlərlə ciddi fərqlənməyəcək. Bu mənada YAP yenə də MM təmsil ounan ən çox namizədlə yerini saxlayacaq. Seçki kampaniyasının yüksək fəallıq şəkildə olduğunu deyir. Seçkilərin baş tutması normal şəraitdə keçirilməsi cəmiyyətdə ictimai siyasi sabitliyin normal olmasından xəbər verir. YAP-ın əsas fikri seçkilər nəticəsiondə əldə etdiyi uğurlar inkişfa gələcəklə bağlı fikilərinin yüksək olmasına dəlalət edir. İlham Əliyevin həyata keçirtdiyi siyasət və onun uğurları ictimi siyasi sabitlik fonunda az vətəndaşlarının hakimiyyətə müsbət fikirlərini formalaşdırıb. Səslərin böyük hissəsi də YAP namizəıdlərini verildiyini güman etmək olar və əminəm ki bu belə də olub`

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti