`Yayılan videolar ciddi araşdırılacaq` - YAP-dan reaksiya
YAP rəsmisi qeyd edib ki, səsvermədə nöqsanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılacaq: "Hesab edirəm ki, MSK və müvafiq qurumlar bunları ciddi şəkildə araşdıracaq. Faktlar təsdiq olunsa MSK tərəfdən əvvəlki illərdə olduğu kimi addımlar atılacaq".
Ə.Əhmədov bildirib ki, parlament seçkisində sosial şəbəkələrdə yayılan görüntülərə oxşar hadisələrin sayı olduqca azdır: "Bunlar seçki kampniyasına və nəticələrə kölgə salmağa əsas vermir".
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


