Müsavatçı İsa Qəmbər haqda: `Ölüb yerə girsinlər...`

Müsavatçı İsa Qəmbər haqda: `Ölüb yerə girsinlər...`
  02 Noyabr 2015    Oxunub:5449
“İsa Qəmbər də daxil olmaqla partiya rəhbərliyi ölüb yerə girsə, yaxşıdır”
AzVision.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının üzvü, jurnalist Elbəyi Həsənli Facebook səhifəsində bildirib.

Partiyasının seçkilərlə bağlı mövqeyini sərt tənqid edən E.Həsənli qeyd edib:

“Elə düşünürlər ki, belə sərsəm şeylərlə seçkidə iştirakla bağlı nadanlığa nümunə sayıla biləcək qərarlarına bəraət qazandıra bilərlər...

25 ildir ki, Müsavat Partiyasının üzvü olan dostla söhbət edirdim. Bu məsələyə münasibəti ilə maraqlandım. Dedi ki, bəy, müstafası budur ki, Müsavat Partiyası açarını itirib. Elə bilirdilər ki, iqtidar bunlara deputat mandatı paylayacaq. İqtidar da bunları heç vecinə almadı. Qeyzlənib seçkiyə 3-4 gün qalmış haray-həşir saldılar...

Düşünün ki, mən də 20 ildən çoxdur ki, Müsavat Partiyasına üzvəm. Və biz öz aramızda bu məsələni bu cür qiymətləndiririk. İndi görün xalq Müsavat haqqında nə fikriləşir...

İsa Qəmbər də daxil olmaqla partiya rəhbərliyi ölüb yerə girsə, yaxşıdır. Müsavatçı kimi üzv olduğum patiyanı lağlağı obyektinə çevirənlərə öz nifrətimi bildirirəm. Tarixi Müsavat adından bu biabırçılığa görə xalqdan üzr istəyirəm....”.

AzVision.az



Teqlər:  





Xəbər lenti