`Heç bir şikayət daxil olmayıb` - MSK sədri

`Heç bir şikayət daxil olmayıb` - MSK sədri
  02 Noyabr 2015    Oxunub:1581
Bu gün Milli Məclisə keçirilən V çağırış seçkilərlə əlaqədar indiyə qədər 125 seçki dairəsi üzrə 5547 seçki məntəqəsindən 5056 seçki məntəqəsi hesabat verib.
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyiib. MSK sədri bildirib ki, 5056 protokol daxil olub, 2 milyon 692 min 978 bülleten sayılıb.

Milli Məclisə bu gün keçirilən seçkilərdə respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub. Ölkə üzrə ümumi seçicilərin sayı isə 5 milyon 198 min 658 nəfərdir.

M. Pənahov bildirib ki, bu seçkilərdə bundan əvvəl keçirilən parlament seçkiləri ilə müqayisədə səs verən seçicilərin sayı 6 faiz çox olub.

“Veb-kameralar arası kəsilmədən görüntüləri davam etdirib. Nəticə o oldu ki, MSK-ya 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub, hər hansı şikayət daxil olmayıb. Xoşagəlməz hallarla bağlı təbii ki, hansısa müraciətlər daxil olacaq və həmin müraciətlərə də sabah baxacağıq. İlkin nəticələr məntəqələrin 91 faizinə əsaslanır”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti