Cəbhədə 8 erməni hərbçi öldürülüb
Oktyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətdə atəşkəsin 200 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur (153 dəfə).
Qarabağ cəbhəsi üzrə oktyabrda Tərtər rayonu istiqamətində atəşkəs 72, Xocavənd rayonu istiqamətində 62, Cəbrayıl rayonu istiqamətində isə 55 dəfə pozulub.
Erməni silahlı bölmələri atəşkəsi Goranboy rayonu istiqamətində 90, Tovuz istiqamətində 9, Gədəbəy rayonu istiqamətində 14, Qazax rayonu istiqamətində 25, Göygöl rayonu istiqamətində 13, Ağstafa rayonu istiqamətində isə 2 dəfə pozub.
Ötən ay qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb, vurduğu zərbələrlə qarşı tərəfin ümumilikdə 8 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı olub.
Azərbaycan Ordusunun bir hərbi qulluqçusu yaralanıb.
Qeyd edək ki, sentyabr ayında erməni silahlı bölmələri atəşkəs rejimini 828 dəfə pozmuşdu.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


