`Seçkilər tam şəffaf keçirilib` - TÜRKPA

`Seçkilər tam şəffaf keçirilib` - TÜRKPA
  02 Noyabr 2015    Oxunub:1399
“Azərbaycan Milli Məclisinə keçirilən seçkilər ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilib”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) Beynəlxalq Müşahidəçilər missiyasının rəhbəri Serikcan Kanayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, vurğulayıb ki, müşahidə missiyası seçkilərlə bağlı heç bir qanun pozuntusu qeydə almayıb: “Beynəlxalq müşahidəçilər üçün bütün şərait yaradılmışdı. Müşahidə zamanı qanun pozuntuları qeydə alınmayıb. Seçkilər tam şəffaf və demokratik şəkildə keçirilib”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti