Qarabağın hava məkanı bağlandı

Qarabağın hava məkanı bağlandı
  31 Yanvar 2013    Oxunub:3596
Bu qərar Çikaqo Konvensiyasına əsaslanır
“Azərbaycan işğal altında olan əraziləri üzərindəki hava məkanını bağlı elan edib. Bu qərar Çikaqo Konvensiyasına əsaslanır və bu konvensiyaya qoşulmuş bütün ölkələr qərara riayət etməlidir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. Ermənistan prezidenti Serj Sərkisyanın yaxın zamanlarda Xocalı aeroportunda uçuşların həyata keçiriləcəyi ilə bağlı sözlərini şərh edən Elman Abdullayev bu açıqlamaların təxribatçı xarakter daşıdığını deyib: “Sərkisyanın bu bəyanatı təxribatçı xarakter daşıyır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə zərbə vurur”-sitatın sonu. Nazirlik rəsmisi həmçinin bildirib ki, fevralda Azərbaycanla Rusiya arasında Qəbələ radiolokasiya stansiyasının bağlanmasına dair birgə komissiyanın ilk iclası keçiriləcək. Toplantıda Qəbələ RLS-in bağlanması ilə bağlı bir sıra texniki məsələlər müzakirə olunacaq. Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər nazirinin müavini Xələf Xələfovdur.


Teqlər:  





Xəbər lenti