Atatürkü Allahla bir tutdu

Atatürkü Allahla bir tutdu
  20 Fevral 2013    Oxunub:1633
“Atatürkdən qorxmursan, utanmırsan, barı Allahdan qorx”.
Ötən gün qatıldığı tədbirlərdən birində Atatürkü peyğəmbər, “Nutuk”u isə müqəddəs kitab elan edən Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu bu gün cumhuriyyətin qurucusu Atatürkü tanrılıq mərtəbəsinə qədər yüksəldib.

Daha öncə də maraqlı çıxışları ilə gündəmə gələn CHP lideri bu dəfə Twitter hesabında yazdığı statuslarla gündəmə gəlib.
Kılıçdaroğlu baş nazir Ərdoğanı tənqid etmək istəsə də daha böyük bir qalmaqala imza atıb və Atatürkü Allahla bir tutub. Ard-arda yazdığı tweetlərlə Ərdoğanı tənqid atəşinə tutan müxalifət lideri baş nazirin milliyətçilik və şəhid ailələri ilə bağlı açıqlamalarını dəyərləndirərkən “Mustafa Kamal Atatürkdən qorxmursan, barı Allahdan qorx” sözlərini yazıb.

Tweet qarşısında təəccüblərini gizlətməyən sosial şəbəkə istifadəçiləri Kılıçdaroğlunun ünvanına sərt fikirlər səsləndirib.



Teqlər:  





Xəbər lenti