“Azərbaycan xalqı sabitliyə səs verdi” - Rusiyalı müşahidəçilər

 “Azərbaycan xalqı sabitliyə səs verdi” - Rusiyalı müşahidəçilər
  02 Noyabr 2015    Oxunub:1650
Parlament seçkilərini izləmək üçün ölkəmizə gələn Rusiya müşahidə missiyasının üzvləri mətbuata açıqlama ilə çıxış ediblər.
Rusiya İctimai Palatasının üzvü, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, müşahidə zamanı hər hansı qanun pozuntusu qeydə alınmayıb, səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib.

S.Markov bəzi qərb dairələrinin prosesə ikili standartlardan yanaşmasının qəbuledilməz olduğunu vurğulayıb.

“Həmin dairələr bir müddət əvvəl Rusiyanın əleyhinə də eyni mövqedən çıxış etmişdilər. Azərbaycan demokratik dəyərlərin qorunduğu bir ölkədir. Ölkələrimiz arasında çox yaxşı dostluq və əməkdaşlıq əlaqələri mövcuddur”,- deyə o bildirib.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Sidyakin isə bildirib ki, Azərbaycanda seçkilər insidentsiz başa çatıb: “Seçkilər sakit keçdi. Bu, Bakiya ilk səfərimdir. Azərbaycan yaxşı mənada məni təəccübləndirdi”.

Rusiya Hüquqşünaslar Assosiasiyasının Rəyasət Heyətinin üzvü, İctimai Palatada katib müavini Vladislav Qrib seçkilərin seçki kodeksinə tam cavab verdiyini söyləyib: “Hər hansı qanun pozuntusu qeydə alınmayıb. Məntəqələr vaxtında açılmışdı, seçici aktivliyi müşahidə edilirdi. Seçki Komissiyaları normal rejimdə işləyirdi”.

Dövlət Dumasının dini təşkilatlar və ictimai birliklər üzrə komitəsinin rəhbəri Yaroslav Nilov da şəffaf seçkilərin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: “Mənim fikrimcə, seçkilər demokratik prinsiplərə uyğun şəkildə keçirildi. Azərbaycan xalqı sabitliyə səs verdi, eyni zamanda indiki hakimiyyətə dəstək nümayiş etdirdi. Bir daha müəyyənləşdi ki, indiki hakimiyyət öz vətəndaşlarına bundan sonra da qayğı göstərməkdə davam edəcək”.

AzVision.az


Teqlər:  



Xəbər lenti