Bülletenlərin sayılması prosesi başa çatdı

Bülletenlərin sayılması prosesi başa çatdı
  02 Noyabr 2015    Oxunub:1989
Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərlə əlaqədər bütün seçki məntəqələri artıq hesabat verib.
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 5547 seçki məntəqəsi hesabat verib. Sayılmış bülletenlərin sayı 2894515-ə çatıb. Bununla da seçki bülletenlərin sayılması prosesi başa çatıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti