“Seçki demokratik şəraitdə keçirilib” - Liberman

“Seçki demokratik şəraitdə keçirilib” - Liberman
  02 Noyabr 2015    Oxunub:1400
“Azərbaycanda parlament seçkiləri qanun pozuntusu olmadan uğurla və demokratik keçirilib”.
AzVision.az xəbər verir ki, bunu İsrailin sabiq xarici işlər naziri, Aviqdor Liberman İsrail parlamentinin nümayəndə heyətinin Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, İsrail parlamenti Azərbaycandakı seçkiləri 4 müşahidəçi ilə izləyib:

“Seçki prosesi demokratik şəraitdə keçirilib. Heç bir qanun pozuntusu müşahidə etmədik. Müşahidə etdiyimiz seçki məntəqələrində yüksək seçici fəallığı və mədəniyyətinin şahidi olduq. Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirdib.”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinə də münasibət bildirən Liberman : “Bu ikili standartlardan irəli gəlir. Beynəlxalq təşkilatlar təkcə Azərbaycana qarşı yox, digər dövlətlərə də münasibətdə ikili standartlardan çıxış edirlər. Məsələn, Səudiyyə Ərəbistanındakı insan haqlarının pozulması ilə bağlı heç yerdə heç nə deyilmir. Amma bəzən digər ölkələrdə xırda pozuntularla bağlı car çəkirlər” - deyə o, əlavə edib.


Teqlər:  





Xəbər lenti