Səyyar “ASAN xidmət” Kürdəmir və Fatmayıda

Səyyar “ASAN xidmət” Kürdəmir və Fatmayıda
  02 Noyabr 2015    Oxunub:1797
Noyabrın 2-dən 16-dək Səyyar “ASAN xidmət” Kürdəmir şəhərində Kürdəmir və Hacıqabul, noyabrın 2-dən 10-dək isə Abşeron rayonu Fatmayı qəsəbəsində Abşeron rayonu sakinlərinə səyyar formada xidmət göstərəcək.

Bu barədə AzVision.az-a “ASAN xidmət”dən bildirilib.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Teqlər:  



Xəbər lenti