Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş tədbir keçirilir-FOTO

 Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş tədbir keçirilir-FOTO
  21 İyun 2013    Oxunub:1261
Konfransda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, BMT-nin beynəlxalq məsləhətçisi, xanım Şahrbanu Tacbaş, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk və digər qonaqlar iştirak edir.

Bakı şəhərində Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrin nəticələrinin tətbiqi üzrə konfrans keçirilir. AzVision.az xəbər verir ki, konfransda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, BMT-nin beynəlxalq məsləhətçisi, xanım Şahrbanu Tacbaş, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk və digər qonaqlar iştirak edir. Çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk bildirib ki, Azərbaycan 189 üzv ölkə ilə birgə 2015—ci ilədək insanların yaşayışında fərqlilik yaratmaq üçün ümumi çərçivəni müəyyən edən səkkiz Minilliyin İnkişaf Məqsədlərinin (MİM) təsbit olunduğu Minilliyin Bəyannaməsinin qəbul edib. O qeyd edib ki, Azərbaycan 2015-ci ildən sonrakı inkişafa dair milli dialoqlara başlamış 87 pilot ölkəyə qoşulub.

“Milli məsləhətləşmələrə 2013-cü ilin mart ayından başlanılıb və Azərbaycan xalqınının yaşamaq istədiyi dünyaya dair baxışlarını müəyyən etmək üçün geniş tərkibdə maraqlı tərəfləri cəl edib. Milli məsləhətləşmə prosesi 2020-ci ilədək ÜDM-ni iki dəfə artırmaq və Azərbaycanı yüksək gəlirli ölkəyə, eyni zamanda, yüksək insan inkişafı qrupunun ən inkişaf etmiş ölkələr sırasında olması məqsədilə növbəti səkkiz il ərzində hökumətin siyasətlərini istiqamətləndirəcək Azərbaycan 2020-Gələcəyə Baxış inkişaf konsepsiyasında müəyyən edilmiş inkişaf prioritetləri ilə uzlaşdırılacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti